Xırdalanda ev YANDI

17 May 2017 19:58

Abşeron rayonu, Xırdalan şəhərində 3 otaqlı evdə yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 kvadratmetr sahədə və 1 ədəd televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində