"Bu məsələ ali səviyyədə həll olunmalıdır" - ÜAK-la bağlı AÇIQLAMA

17 May 2017 17:55

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmayacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutu Analitika mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Leonid Qusev deyib.

Onun sözlərinə görə, ölkələr iqtisadiyyat, siyasət və mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edir.

Ekspert qeyd edib ki, tərəflər bu sahələrdə əməkdaşlığı davam etdirəcəklər: "Fikrimcə, razılığa gəlmək və təşkilatın fəaliyyətini davam etdirmək olar. Bu məsələ ali səviyyədə həll olunmalıdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində