Sarkisyan müşavirini işdən qovdu

17 May 2017 17:11

Ermənistan prezidenti Serj Sarkisyan müşaviri Alik Petrosyanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının ictimaiyyət və informasiya vasitələri ilə əlaqələr şöbəsi məlumat yayıb.

Bundan başqa Ermənistanın baş naziri Karen Karpetyanın əmri ilə İnsan hüquqları üzrə Avropa Məhkəməsində Ermənistan hökümətinin səlahiyyətli nümayəndəsi Qevorq Kostanyan vəzifəsindən azad edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində