"Atletik"dən rəsmən gedir - "Barselona"ya keçir?

17 May 2017 23:30

"Atletik"in baş məşqçisi Ernesto Valverde mövsümün sonu komandadan ayrılacağını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda 53 yaşlı məşqçi özü bildirib.

Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb.

O, Luis Enrikenin gedişindən sonra "Barselona"nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən sayılır. Kataloniya klubunun futbolçularının da Valverdenin namizədlliyini dəstəklədiyi bildirilir.

Milli.Az