Bu erməni qadın Fransada nazir ola bilər

17 May 2017 15:24

Erməni əsilli Astrid Panosyan Fransanın yeni prezidenti Emmanuel Makronun hakimiyyətində əmək naziri vəzifəsini tuta bilər.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "Nouvelles d'Armenie" nəşri məlumat yayıb.

Astrid Panosyan Ali İmperiya Məktəbinin, eləcə də Paris Siyasi Tədqiqatlar İnstitutunun diplomuna sahibdir.

Astridin, həmçinin Harvard Universitetinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsi var.

Panosyan Amerikanın "AT Kearney" konsaltinq şirkətində məsləhətçi, Fransanın "Groupama" sığorta şirkətinin baş katib işləyib.

2015-ci ildən o, Fransa-Niderland "Unibail-Rodamco" əmlak şirkətinin baş direktorudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində