Türkiyəli generallar Almaniyadan sığınacaq istədilər

17 May 2017 14:17

Ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin generallar Frankfurt hava limanına çatdıqdan sonra müvafiq orqanlara qaçqın statusunun alınması üçün müraciət ediblər.

İlkin araşdırmalardan sonra generallar Gisen şəhərindəki qaçqınların qəbul olunması üzrə məntəqəyə yerləşdiriliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində