Bahar Candan yenə də Murad Bozla gündəmdə - FOTO

17 May 2017 12:23

Son zamanlar adı müğənni Murad Bozla hallanan Bahar Candan yenə də sosial mediada diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Muradın sevgilisi Aslı Enverlə ayrılmasında əsas səbəblərdən biri kimi göstərilən Bahar İnstaqram-da öz adının altına "M" hərfini əlavə edib.

"İşte benim stilim"də qalmaqallı və davranışı ilə məşhurlaşan B.Candanın bu hərəkəti bilərəkdən etdiyi, özünü Murad Bozla reklam etmək istədiyi deyilir. Digər insanlar isə Baharın bu hərəkətini onun Muradla arasında, həqiqətən də, gizli münasibət olduğunun sübutu kimi qiymətləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində