İstanbulda zirehli polis avtomobilinə hücum

17 May 2017 10:04

Türkiyənin İstanbul şəhərində zirehli polis avtomobilinə atəş açılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxlər gecə saatlarında Bəyoğlu rayonunda polisə hücum etdikdən sonra qaçmağa müvəffəq olublar.

Şübhəlilərin neçə nəfər olduğu hələ bilinmir. Polis onların axtarışı üçün əməliyyata başlayıb.

Hadisə zamanı zərərçəkən olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində