Goranboyda fəhlə tikintidə yıxıldı

16 May 2017 23:33

Goranboyda fəhlə yıxılaraq ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1957-ci il təvəllüdlü Orucov Qayıfqulu Mehdi oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Q. Orucov fəhlə kimi işlədiyi tikintidə hündürlükdən mişar daşlarının üstünə yıxılaraq ağır xəsarət alıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində