Məsud Yusifzadə 1/4 finalda məğlub olub

16 May 2017 19:51

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Məsud Yusifzadə 1/4 final mərhələsində Abrorjon Kodırovla (Özbəkistan) üz-üzə gəlib.

İlk qarşılaşmasında türkiyəli Ömər Koça qalib gələn boksçumuz bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, 1:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində