Aslanların timsahla ölümcül qarşıdurması - VİDEO

16 May 2017 19:36

Afrikada Botsvana Respublikası ərazisində maraqlı hadisə baş verib.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, çayı keçməyə çalışan iki aslanla timsah arasında baş vermiş dava turistlər tərəfindən videoya çəkilib.

Belə ki, iki aslan üzərək çayın digər tərəfinə keçməyə çalışarkən timsahın hücumuna məruz qalıblar. Timsah şirlərdən birinə hücum edərək onu suyun altına dartmağa cəhd edib.

Şirlərdən biri suda batır, digəri isə üzərək geriyə qayıdır.

Turistlər timsahın şirə qalib gəldiyini düşünsələr də, bir qədər sonra yırtıcı sağ halda qamışlıqdan çıxıb və növbəti gün çayı keçərək geri qayıdıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Turistlər aslanların çayda timsahla ölümcül qarşıdurmasını videoya çəkiblər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində