Bakıda "Zəfər günləri": Qalib idmançılarla görüş keçirilib - FOTO

16 May 2017 16:38

Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu günədək Azərbaycan idmançılarının İslamiadada 33 qızıl, 23 gümüş və 12 bürünc medal əldə etdiklərini vurğulayıb:

"Bu, son deyil, idmançılarımızdan yeni qələbələr gözləyirik".

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində