Gələcək həyat yoldaşını tanımaq üçün 2 addım

18 May 2017 23:20

Həyat yoldaşı seçimi çox mühüm mövzulardandır. Çünki xoşbəxt ailənin təməli düzgün seçimdən gəlir.

Əgər həyat yoldaşınızı düzgün seçərsinizsə, nəinki özünüz xoşbəxt olarsınız, gələcək nəsillərin də səadət zəminəsini hazır etmiş olarsınız.
Həyat yoldaşını düzgün seçmək üçün sizə iki məharətə yiyilənmək lazımdır: özünüzü tanımaq və qarşı tərəfi tanımaq. (Tebyan)
Özünü tanımaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan hər nə qədər özünü yaxşı tanıyarsa və istəklərindən xəbərdar olarsa, o zaman etdiyi seçim də düz olar. Bəs özümüzü tanımaq üçün nə edək?
1. Özümüzə diqqət edək. Özümüzün zəif və qüvvətli tərəflərimizi tapmağa çalışaq. Həyatımızdan hansı gözləntilərimizin olduğu haqqında düşünək.
2. Həssas cəhətlərimizi tapaq. Hər bir insan tərbiyə olduğu ictimai mühitdə xüsusi həssaslıqlara malik olur. Ona görə də insan baxmalıdır ki, onun hansı həssas cəhətləri vardır ki, gələcəkdə onun üçün problem yarada bilər. Misal üçün insanlarla rabitə qurmaq sərhədlərini qoruyurmu? Hansı geyimi özü və başqaları üçün bəyənir?
3. Özündən və həyat yoldaşından hansı gözləntilərin olması. Ailə qurmazdan əvvəl xoşbəxt ailə deyildikdə, özündən və həyat yoldaşından hansı gözləntilərinin olmasını müəyyən etmək sənə düzgün seçim etməkdə yardım edəcəkdir.
Qarşı tərəfi tanımaq.
1. Gələcək həyat yoldaşını aqilcəsinə müşahidə etmək, nəinki hisslərə qapılaraq. Onun cəmiyyətdə özünü aparmasını, insanlarla ünsiyyətini, dostları ilə rəftarını gözdən keçirtmək, təqva və imanının nə səviyyədə olduğuna nəzər salmaq.
2. Ailəsini tanımağa çalışmaq. Ailə - insanın böyüdüyü və tərbiyə aldığı kiçik bir cəmiyyətdir və insanın valideynləri və ailə üzvləri onun necə insan olduğu haqqında sizə məlumat verə bilər.
3. Onun ətrafında olanları tədqiq etmək. Kimlərlə oturub-durur və kimlərlə dostluq edir.
4. Öz ailə üzvlərindən gələcək həyat yoldaşı ilə bağlı məsləhət almaq. Yəni, seçimdə üçüncü göz kimi onlardan bəhrələnmək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində