Ailə qurmaq xərçəng xəstəliyinə qarşı?

18 May 2017 23:10

ABŞ alimləri hesab edirlər ki, ailəli olmaq, xərçəng xəstəliyinə yoluxan insanların yaşama şansını artırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər bu təhqiqat çərçivəsində 800 min nəfərin həyatını araşdırıblar. Alimlər 393 min kişinin və 389 min qadının xəstəlik tarixçəsini təhlil ediblər. Bu insanlar xərçəngin müxtəlif növlərinə yoluxublar. Pasiyentlərin həyatına bir neçə il nəzarət olunub. Araşdırmanın sonunda məlum olub ki, ailəli olmaq istər qadına, istərsə də kişiyə xərçəngə qarşı mübarizə aparmağa yardım edir. Subay insanların ailəli insanlardan xərçəngdən dünyasını dəyişməsinin şansı 24% daha çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində