Azərbaycan Dövlət Simli Kvartetinin konserti keçiriləcək

16 May 2017 16:46

23 May 2017-ci il saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında Mədəniyyət Kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyası ilə birgə Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunacaq.

Konsertdə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Musa Mirzəyev, Həsən Rzayev, Xəyyam Mirzəzadə, həmçinin Samir Əliyevin əsərləri ifa olunacaq.

Solistlər - Azərbaycan Respublikasının əməkdar artistləri Nərgiz Kərimova (soprano) və Sahib Paşazadə (tar).

Konsertin təşkil olunmasında əsas məqsəd müasir Azərbaycanda gənc nəslə klassik musiqinin təbliğidir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az