2 200 ədəd "Marlboro" aşkarlandı

16 May 2017 15:03

Gürcüstandan gətirilən 2200 ədəd siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində