Əməkdar artist: "Ərim deyir ki, çox makiyaj etmisən"

16 May 2017 12:51

Əməkdar artist Gülbahar Şükürlü "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qırmızı dodaq boyası çəkən qarmon ifaçısı həyat yoldaşının etiraz etdiyini söyləyib:

"Heç vaxt dodaq boyası çəkmirəm. Bu dəfə qırmızı çəkdim. Gələndə evdə yoldaşım da dedi ki, "Bu nədi? Çox bəzənmisən". Mən də dedim ki, qara geyinəndə Zaurun acığı tutur. Qırmızı dodaq boyası ilə qara libası ört-basdır etməyə çalışdım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində