ABŞ-da güclü zəlzələ oldu

16 May 2017 10:11

ABŞ-ın Aleut adaları sahillərində Sakit okean sularında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Vahid Geofizika Xidmətinin yaydığı informasiyaya əsasən, yeraltı təkanların episentri Atka adlı yaşayış məntəqəsindən 52 km məsafədə qeydə alınıb.

Episentrdə zəlzələ "güclü" qiymətləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində