Şəki sakini faciəvi şəkildə öldü

16 May 2017 10:03

Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.

Q.Səlimov bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində