Suriya-İordaniya sərhədində partlayış olub, ölənlər var

15 May 2017 23:57

Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində xeyli sayda ölən və yaralananlar var. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az