Özbəkistanlı gimnast: "Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək xoşdur"

15 May 2017 18:20

"Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək çox xoşdur".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarında çıxış edən özbəkistanlı gimnast Oksana Çusovitina deyib.

Dayaqla tullanma yarışlarında qızıl medal qazanmış gimnast öz çıxışından çox razı qaldığını deyib.

O.Çusovitina qeyd edib ki, o, Bakıya üçüncü dəfədir ki, gəlir. "Özümü burada evdəki kimi hiss edirəm. Çünki insanlar burada inanılmaz dərəcədə mehriban və xeyirxahdırlar. Bu, əhval-ruhiyyəni yüksəldir".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində