"Çikaqo Fayr" klubunun futbolçusu Bastian Şvaynştayger "Mançester Yunayted" karyerasından bəzi məqamlara toxunub. O, ötən il bir müddət əsas və əvəzedici komanda ilə məşqlərə buraxılmaması barədə fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu bunları deyib:
"3 ay özüm məşq etməli oldum. Asan deyildi. Mourinyo məşqlərə davam etdiyimi, peşəkarlığımı saxladığımı görəndə mənimlə bağlı fikrini dəyişdi. Biraz bəxtim də gətirmədi. Joze ilə başqa şəraitdə görüşsəydik, hər şey fərqli olardı. Çətin olsa da, müsbət düşünməyə çalışıram. Mən "Mançester Yunayted"də oynamaq və komandaya kömək etməyi arzulayırdım".
Milli.Az