Molyusk yemək halaldır, yoxsa haram?

16 May 2017 23:05

Allah Təala Quranda belə buyurur:

"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dənizdən çıxan qidalar sizə halal edildi". (Maidə, 5/96)

Bu ayədəki "təamuhu" ifadəsinə "onu yemək" kimi məna vermək düzgün deyil. Çünki Ərəb dilində "yemək" feli "əkələ" ilə işlədilir.

Dənizin ovu deyildiyi zaman üzüb qaçan balıqlar, dəniz qidaları deyildikdə isə dənizdəki bitkilər, molyusklar (midiya, midyə), eləcə də yosun və sairə nəzərdə tutulur. Yəni, ovlamağa ehtiyac olmadan toplana bilən şeylər.

Bəzi adamlar deyirlər ki, balıq formasında olmayan dəniz məhsulları halal deyil. Bununla əlaqədar olaraq uydurma bir hədis də rəvayət edirlər. Bütün bunlar onların öz dediklərini əsaslandırmaq cəhdindən başqa bir şey deyil.

Halbuki, Allahın ayəsi və peyğəmbərin (s. a. v.) hədisləri bu məsələyə dair hər şeyi açıq-aydın göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində