Suriyanın Tell-Şaer qəsəbəsi vuruldu: 12 ölü

20 İyun 2017 08:08

Beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Tell-Şaer qəsəbəsinə hava zərbələri endiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava zərbələrinin nəticəsində bir ailənin 12 üzvü həlak olub.

Qeyd edək ki, ABŞ-ı və onların müttəfiqlərinin hava zərbələri nəticəsində bir ay ərzində 200-dən artıq dinc sakin həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində