"Kara sevda"nın aktrisası Londonda - FOTO

10 May 2017 13:17

"Kara sevda"nın ulduzu Zerrin Tekindor İngiltərə qadın Platformasının qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Londonda keçirilən söhbət klubuna qatılan Zerrin 25 nəfərlə bir araya gəlib.

Üç saata yaxın davam edən söhbətdə aktrisa sənətə necə gəlməsindən danışıb:

"Məni coğrafiya müəllimim kəşf etdi. Konservatoriyaya girməyim üçün israr etdi. Yaxşı müəllim bir uşağın həyatını necə istiqamətləndirib dəyişir - mən buna örnəkəm. Uşaqlarınızı qətiyyən çərçivələməyin, onları sənətə yönləndirin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində