Aslı sevgilisini qızlarla evində görüşdürən aparıcını bağışlamadı

9 May 2017 09:59

Əsər Yenenlerin villasında Nihal-Bahar Candan bacıları ilə əylənən Murat Bozla ayrıldıqları deyilən Aslı Enver TV8-in aparıcısı Əsəri virtual aləmdən "silib".

Xəyanətə uğradığını düşünərək müğənni sevgilisini tərk etdiyi deyilən Aslı Enver o gecənin səbəbkarı Əsər Yenenlerdən qisasını alıb.

Milli.Az Akşam-a istinadən xəbər verir ki, gözəl aktrisa gecə saatlarında Beşiktaşdakı villasında Candan bacıları ilə Bozu qonaq edən Yenenleri sosial şəbəkə hesabından silib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində