Bakıda yol faciəsi - YENİLƏNİB - VİDEO - FOTO

20 İyun 2017 08:48

08:48

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Audi" markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

03:33

Paytaxtın mərkəzi prospektində piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, avtomobilin vurduğu şəxs hadisə yerindəcə keçinib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aeroport yolunda

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində