Vüsalə "Qardaşlar"dan getdi

8 May 2017 12:02

Teleaparıcı Vüsalə Əlizadə ATV-də yayımlanan "Qardaşlar" serialından gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Dəniz" obrazını canlandıran aparıcı ötən həftədən etibarən serialda iştirak etmir.

Hətta, onun adı ekran işi başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb.

Vüsalə "Qardaşlar"ın 75-ci bölümündə tamaşaçılarla vidalaşıb.

Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Vəfa Zeynallı da ekran işindən gedib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində