Obama konqresi səhiyyə islahatını ləğv etməməyə çağırıb

8 May 2017 08:40

ABŞ-ın sabiq prezidenti Barak Obama konqres üzvlərini öz prezidentlik müddətinin iki ən mühüm nailiyyətlərdən biri hesab etdiyi səhiyyə islahatını ləğv etməməyə çağırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Obamanın sözlərini sitat gətirən Politico nəşri xəbər verib.

ABŞ-ın sabiq prezidenti deyib ki, həm o həm də milyonlarla insan ümid edir ki, partiya mənsubluğundan asılı olmayaraq konqresmenlər arasında belə qərarı verməyə cəsarəti olan tapılacaq.

Milli.Az