Günün qoroskopu: intuisiyanıza güvənin

19 May 2017 00:01

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sizi çox yaxşı gün gözləyir. Qərar qəbul etməyə və nəticələr çıxarmağa tələsin. Qərarlar düzgün və dəqiq olacaq. Gün həm şəxsi, həm də iş həyatında yeni münasibətlərə başlamaq üçün əlverişlidir.

Buğa -  intuisiyanıza güvənin. O, ən layiqli adamları seçməkdə sizə yardım edəcək. Günün ikinci yarısı romantik görüşlər üçün ideal vaxtdır.

Əkizlər - işdə uğurlar mümkündür. Lakin çətin ki özünüzdən razı qalasınız. Qarşınıza çox yüksək məqsədlər qoyur və aza qane olmaq istəmirsiniz. Sizi tərifləyənlərə qulaq asın, bu gün komplimentlər faydalıdır.

Xərçəng - gün çoxsaylı yeni vəzifələr, çətin işlər və həllini tələb edən problemlərlə yadda qalacaq. Köməyinizə, mənəvi dəstəyinizə və ağıllı məsləhətlərinizə ehtiyacı olanlar, sizi, demək olar ki, bir neçə yerə parçalayacaqlar. Hərdən əsəbiləşsəniz də, sonradan fitri nikbinliyiniz mənfi emosiyaları üstələyəcək.

Şir - sizin üçün pis xəbərləri olan adamlarla görüş mümkündür. Sakitliyinizi qorumağa, hər şeyi soyuqqanlılıqla düşünməyə çalışın. Yəqin ki, sonradan vəziyyətin ilk anda göründüyü qədər çətin olmadığı aydınlaşacaq.

Qız - həftənin ən çətin hissəsi artıq geridə qalıb. Bu gün pis keçməyəcək, sonrası isə daha da yaxşı olacaq. Əvvəllər başladığınız işi bu gün yekunlaşdıra, çoxdandır sizi narahat edən vəziyyətə aydınlıq gətirə biləcəksiniz.

Tərəzi - yeni işlərə ehtiyatla başlayın. Səhvlərdən yayınmaq lazımdır. Yalnız bu halda ulduzlar yeni işlərdə uğur vəd edirlər.

Əqrəb - bu gün lazımi formada deyilsiniz. Ona görə də gün ağır fiziki işlər üçün münasib deyil. Amma intellektual işlər və əyləncədən yorulmayacaqsınız. Odur ki, çətin məsələləri həll edin və ya bütün gecəni əylənin.

Oxatan - artan yükün öhdəsindən gəlmək kifayət qədər çətin olacaq. Bu gün tez yorulursunuz, əhval-ruhiyyəniz də birdən pis tərəfə dəyişir. Lakin vəziyyətdən çıxmaq üçün kifayət qədər gücünüz var. Sadəcə olaraq, gücünüzü ağılla sərf etməlisiniz. Gücünüzün çatmayacağı aydın olan işlərə girişməyin.

Oğlaq - bu gün yaxın adamızın dəstəyi çox vacibdir. Xoşbəxtlikdən bunu kimdənsə xahiş etməyə ehtiyac qalmayacaq. Sevənləriniz sizə diqqət ayırmağa şad olacaqlar. Hədiyyələr, xoş sürprizlər mümkündür.

Dolça - çox uğurlu gündür. Ən vacibi, qəti addım üçün əlverişli məqamı əldən verməməkdir. Belə məqam gözlənilmədən yetişə bilər. Odur ki, səhərdən axşama qədər hazır olun. Sayəsində təkcə gəlir yox, həm də nüfuzlu şəxslərin hörmətini qazanacağınız sövdələşmə mümkündür.

Balıqlar - gün istənilən birgə layihələrə başlamaq üçün münasibdir. Özü də təkcə iş sahəsində yox. Sevdiyiniz şəxslə birgə yaşayışa başlamaq, nikah təklifi vermək, iri alqı-satqı, başqa yerə köçmək və s. barədə plan cızmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində