Günün resepti: limonlu, xaş-xaşlı maffin - FOTO

8 May 2017 07:00

Zərif limon ətirli, yüngül maffinlər çay süfrələriniz üçün həm ləzzətli, həm tez hazırlanan şirniyyat seçimi ola bilər.

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, keksin xəmiri qatıq sayəsində çox yumşaq və havalı alınır. Yoxlamağa dəyər!

Lazım olan ərzaqlar:

Qlazur üçün:

Sobanı 180 dərəcəyə kimi qızdırın. 12 ədəd maffin qabını yağlayın və ya maffin üçün kağız qoyun.

Un, qabartma tozu, soda, xaş-xaş və duzu qarışdırın.

Yağı yumşalana qədər mikserlə 1-2 dəqiqə çalın. Şəkər tozunu əlavə edib qarışdırın. Yumurtaları, vanil, limon qabığı və qatığı da töküb birlikdə qarışdırın. Limon suyunu da əlavə edin.

Unlu qarışımı bura əlavə edib yaxşı qarışdırın.

Maffin qablarını 2/3 hissə olmaqla doldurun. 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin. Çöp ilə yoxlayın.

Qlazur üçün şəkər kirşanı və limon suyunu qarışdırın. Soyumuş maffinlərin üzərinə töküb qurumağını gözləyin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində