"Bura Vətəndir" verilişində sabah çox maraqlı anlar yaşanacaq. Tərtərin qonağı olan araşdırmaçı jurnalist Amil Xəlil bu dəfə də çox maraqlı faktlarla görüşünüzə gəlir.
İllər sonra Kərbəlayı İsmayılın və Qəmlonun nəvələri hansı faktları Amil Xəlil ilə bölüşəcək?
Teleaparıcının "Abasqulu bəyi babanız öldürüb?" sualı nəvəni hər şeyi açıb danışmağa vadar etdi. Sən demə Abasqulu bəylə Qəmlo...
Böyük yalan!.. Qəmlonun nəvəsi babası haqqında...
Almanlar tərəfindən əsir götürülən şair Məzahir Daşqının oğlu ilk dəfə olaraq atası haqqında çox maraqlı məqamlara toxunacaq. Şairin ölümündən sonra 3 cild kitabı çıxsa belə oğluna niyə heç bir pul ödənişi edilməyib. Amilin maraqlı araşdırması "Bura Vətəndir!" verilişində.
Səməd Vurğunun yaxın dostu üçün etdiyi ən böyük fədakarlığı. Stalinin qəbuluna məhs ona görə gedən və onunçün məktublar yazan Səməd Vurğun arzusuna çatırmı?
Gözləri görmür, amma bir alim qədər məlumatlara sahibdir. Bayandurlunun Məzahir dayısı sizləri çox təəccübləndirəcək. Onun həyat yoldaşı ilə olan Böyük Sevgi. Gözdən əlil olmasına baxmayaraq onu hələ də sevən bir xanımın maraqlı hekayəsi...
Nuri Paşanın şərəfinə yola salınan xalı. Məşədi Əlişin xalını sərdirdiyi o körpü... Səbəblər "Amil Xəlil ilə Bura Vətəndir! layihəsində.
Ermənilərin Tərtərdəki abidələri yenidən qurulur. İllər sonra bu abidə elə "Marağa 150" adlanacaq. Çox qəribə və hər kəsin bilməsinin vacib olduğu bir tarix.
80-dan çox yaşı var amma hələ də formadadır. El arasında Fiqur adını qazanan Səbir dayını mütləq tanıyın.
"Qazel" markalı yük maşınını ayaqları ilə saxlayacaq. Pəhləvanın bu addımını təkrarlamaq şərti ilə izləyin.
Bu və daha artıq araşdırmalar və faktlar araşdırmaçı jurnalist Amil Xəlilin təqdimatında "Bura Vətəndir!" verilişində sabah - 7 may saat 14:00 da Lider TV-də.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az