Ronaldo yeni doğulan qızına bu adı qoydu

7 May 2022 20:17

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesin yeni doğulan qızlarının adı məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, körpəyə Bella Esmeralda adı verilib.

Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın qızı dünyaya gəlib. Cütlük əkiz uşaq gözləsə də, körpələrdən oğlan dünyasını dəyişib.

Milli.Az