Şok!!! Türkiyə futbol millisinin məşqçisi həbs edildi

21 İyun 2011 14:36
Futbol üzrə Türkiyə millisinin məşqçisi Engin İpekoğlu birjadakı manipulyasiyaların istintaqı çərçivəsində həbs edilib. Milli.Az xəbər portalının məlumatına görə, uzun illər "Fənərbağça" klubunun qapıçısı olmuş Engin İpek keçən il Qus Hiddink Türkiyə millisinin baş məşqçiliyinə gətirildikdən sonra millinin məşqçisi olmuşdu.

Engin İpekoğlu həbs olunmazdan əvvəl tibbi müayinədən keçirilib. Millinin məşqçisi jurnalistlərin həbslə bağlı sualına "Həbs olunmamışam, ifadəmi alacaqlar" cavabını verib. Sonra keçmiş qapıçı İstanbul polisinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Qeyd edək ki, birjada manipulyasiyalar şübhəsi ilə iş adamları, broker və başqalarının olduğu 30-a yaxın adam həbs edilib. Onların bahalı avtomobilləri də İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Milli.Az