Günün resepti: kiçik qablarda kükü - FOTO

5 May 2017 07:00

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminik ki, çox maraqlı və fərqli olacaq.

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərinin yanında süfrəyə vermək olar.

Lazım olan ərzaqlar:

Göyərtiləri təmizləyib yuyun və suyunu qurudun. Sonra xırda doğrayın.

Yumurtaları duz və istiot ilə qarışdırın.

Doğranmış göyərtiləri, yumurta, əridilmiş kərə yağı və xırdalanmış qozu bir qabda yaxşı qarışdırın.

Keks qablarını yağlayıb hazırladığınız qarışımı qablara doldurun və 190 dərəcəli sobada 20 dəqiqə bişirin.

Süfrəyə qatıq ilə verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində