"Ana, sənə etdiyim o hərəkətə görə çox peşmanam" - Hər kəsi çaş-baş salan ETİRAF

3 May 2017 16:18

Ötən axşam "Survivor"da ödül oyunu keçirilib. "Məşhurlar" komandası "Könüllülər"i məğlub edərək ödülə sahib çıxıblar.

Milli.Az xəbər verir ki, doğmaları ilə 4 aydan sonra mobil telefonla canlı bağlantı yaratmaq imkanı əldə edən "Məşhurlar"dan Adəmin anası ilə telefon danışığı eşidənləri təəccübləndirib. Belə ki, anasının səsini eşidən Adəm Kılıççı "Survivor"a qədər anasına qarşı etdiyi bir yalnış hərəkətdən peşmanlığını dilə gətirib:

"Ana, yadındadır, bura gəlməmişdən qabaq sən hər zəng edəndə sözünü yarımçıq kəsib "Sonra danışarıq. İndi vaxtım yoxdu, işim var" deyərdim. İndi sənə qarşı etdiyim o hərəkətlərimə görə çox peşmanam və sənin dəyərini burada yaxşı anladım".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində