Dünən Nyu-York şəhərində dünya modasının ən önəmli şoularından sayılan "Met Gala" keçirilib. Şou-bal "Metropolitan Museum of Art"ın Kostyumlar İnstitutunun sərgisinin açılışına həsr olunmuşdu.
Milli.Az TMZ-yə istinadən bildirir ki, məşhur amerikal müğənni Rianna "MEt Gala"dan sonra Nyu-Yorkdakı 10AK gecə klubunda ziyafət verib.
Ziyafətə şou-biznesin və moda dünyasının ən məşhur simaları qatılmışdılar.
Çox bahalı, dəbdəbəli restoran-klubda qonaqlara 29 yaşlı Riananın göstərşi ilə, sadəcə, çizburger, pivə və energetik içkilər verilib.
Restoranın menyusundakı təamlarla içkilər isə qonaqlar üçün pullu olub.
Milli.Az