Deputatlar "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında" qanunları müzakirə edəcəklər

2 May 2017 09:17

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər, "Turizm haqqında" qanun layihəsinin müzakirəsi, "Diplomatik xidmət haqqında", "Pasportlar haqqında", "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında" qanunlara dəyişikliklər olmaqla 14 məsələ daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində