"Kara Sevda"nın bitmə tarixi və səbəbi bəlli oldu - FOTO

29 Aprel 2017 11:14

Türkiyənin reytinqli seriallarından olan "Kara Sevda"nın bitmə tarixi və səbəbi bəlli olub.

Milli.Az "Uçankuş magazin"ə istinadla bildirir ki, ekran işi iyunun 29-da final edəcək.

Qeyd edək ki, serialın 3-cü mövsümə keçmədən bitməsinə səbəb Neslihan Atagül ilə Burak Özçivitin küsülü olmasıdır.

Çəkilişlər zamanı bir-birinə salam belə verməyən ikili ekran işinin 3-cü mövsüm də çəkilməsinə qarşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində