Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XXVIII turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Bütün mükafatçılar əvvəlcədən bəlli olduğu üçün sonuncu tur yalnız avrokuboklara vəsiqə verən 4-cü yer baxımından əhəmiyyət kəsb edir.
Turnir cədvəlindəki sıralama baxımından qitəmiqyaslı turnirlərdə debüt etməyə iddialı olan "Zirə" bu mübarizədə daha şanslıdı.
Qəsəbə təmsilçisi hazırda yer aldığı 4-cü pilləni qorumaq üçün AZAL-a uduzmamalıdı. Autsayderin qonağı olacaq Ayxan Abbasovun yetirmələri rəqib meydanından xalla dönsə, Avropa Liqasına hazırlaşa bilər. Bu il qələbə qazanmayan Tərlan Əhmədovun yetirmələri isə I diviziona yuvarlanmazdan öncə son matçında qapını bərk çırpmağa çalışacaq. Onlar bunu bacarsa belə "Zirə"nin avrokubok şansı itmir.
Çünki bu vəsiqəyə iddiası qalan "Kəpəz" yalnız özünə sərf edən nəticə ilə qitə səhnəsinə çıxa bilər. Öz meydanında "İnter"i sınağa çəkəcək qərblilər bürünc mükafatçını böyük hesabla yenməlidi. Bu da yalnız zirəlilərin uduzacağı halda Şahin Diniyevin komandasının işinə yarayacaq. Zaur Svanadzenin yetirmələri isə mövsümün son qarşılaşmasında uğurlu nəticə üçün mübarizə aparacaq.
Paytaxt təmsilçisi üçün əhəmiyyət kəsb etməyən qarşılaşma Rauf Əliyev üçün önəm kəsb edir. Bombardirlər yarışında liderliyə şərik olan "İnter"li hücumçu fərdi mükafat qazanmaq üçün Gəncədə də məhsuldarlıq nümayiş etdirməlidi.
Əliyevin əsas rəqibi Filip Ozobiçi də səfər sınağı gözləyir. Xorvatiyalı çıxış etdiyi "Qəbələ"nin "Sumqayıt"la görüşündə fərqlənməyə çalışacaq. Hər iki komanda üçün formal xarakter daşıyan qarşılaşma yalnız yarımmüdafiəçi üçün önəm kəsb edir.
Samir Abasovun komandası isə 5-ci olmaq üçün mübarizə aparacaq. Sumqayıtlılar avrokubok şansını itirsə də, 5-ci yerlə kiminsə lisenziya ala bilməməyinə ümid edə bilər. Çünki hansısa klubun bu üzdən qitə kuboklarını buraxması istisna deyil.
Mövsümə daha bir formal matçla yekunlaşacaq. Digər oyunlardan gec başlayacaq Azərbaycan derbisində "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Görüşə yeganə prinsipiallığı da qarşılaşmanın tarixi kökləridi.
Ardıcıl 4 dəfə çempion olan Qurban Qurbanovun yetirmələri çempionatı səfər qələbəsi ilə başa vurmaq niyyətindədi. Təbii ki, ağdamlıların afrikalı legioneri Dino Ndlovu da bombardirlər yarışına müdaxilə etmək üçün əlindən gələni edəcək. Liderlərdən iki qol geridə olan hücumçu dubl, hətta het-trik arzusundadı.
Tarixinin ən uğursuz dönəmlərindən birini yaşayan "Neftçi" isə küsmüş azarkeşlərinə çempion üzərində qələbə hədiyyə etmək əzmindədi. Qarşılaşmanı boykot etməkdə israrlı olan fanatları ilə baş məşqçi Elxan Abdullayev arasında yaşananları unutdurmaq üçün "ağ-qaralar" uğurlu sonluğa ümid edir. Yay fasiləsində komandanı islahatlar gözlədiyindən matç həm baş məşqçi, həm bəzi futbolçular üçün sonuncu da ola bilər.
Azərbaycan Premyer Liqası
XXVIII tur
29 aprel (şənbə)
16:00. "Kəpəz" - "İnter"
İlk 3 dövrədəki oyunlar: 2:2, 0:0, 1:4
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
16:00. "Sumqayıt" - "Qəbələ"
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 1:1
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. Şəhər stadionu
16:00. AZAL - "Zirə"
İlk 3 dövrədəki oyunlar: 1:3, 1:1, 1:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"AZAL Arena"
17:00. "Neftçi" - "Qarabağ"
İlk 3 dövrədəki oyunlar: 0:3, 0:2, 1:1
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu
1. |
Qarabağ |
27 |
18 |
5 |
4 |
44-13 |
59 |
2. |
Qəbələ |
27 |
14 |
10 |
3 |
47-19 |
52 |
3. |
İnter |
27 |
11 |
10 |
6 |
39-32 |
43 |
4. |
Zirə |
27 |
9 |
9 |
9 |
26-26 |
36 |
5. |
Kəpəz |
27 |
8 |
9 |
10 |
23-27 |
33 |
6 |
Sumqayıt |
27 |
8 |
8 |
11 |
26-34 |
32 |
7. |
Neftçi |
27 |
9 |
2 |
16 |
23-43 |
29 |
8. |
AZAL |
27 |
1 |
7 |
19 |
13-47 |
10 |
Bombardirlər: Rauf Əliyev ("İnter"), Filip Ozobiç ("Qəbələ") - 11
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində