Çinin Azərbaycanda marağı

28 Aprel 2017 08:40

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin CNPC şirkəti ilə SOCAR GPC layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu II "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda "SOCAR Polymer" şirkətinin maliyyə direktoru Fuad Əhmədov deyib.

Onun sözlərinə görə, layihə ilə bağlı yekun investisiya qərarının 2018-ci ilin əvvəlinədək qəbul olunması planlaşdırılır.

Tikintinin 4 il - 2022-ci ilədək davam etməsi nəzərdə tutulub.

Milli.Az