Rusiyanın paytaxtı Moskvadakı Presnya rayon məhkəməsində çox qəribə iddia ilə bağlı prosesi başa çatıb. Məhkəmə 2010-cu ildən bəri "Aeroflot" avaişirkətində çalışan stüardessa Yevgeniya Maqurinanın işlədiyi quruma qarşı iddiasına baxırdı.
Y.Maqurina bildirir ki, işdən qanunsuz olaraq kənarlaşdırılıb və səbəb kimi də "izafi çəki"də olması göstərilib.
O, ilkin iddiasında mənəvi təzminat qismində 100 rubl istəyirdisə, yekun iddiada bu məbləğ 500 min rubla çatıb. Bundan başqa, Y.Maqurina "Aerofolt" rəhbərliyinin qərarının "paltarla bağlı diskriminasiya" kimi tanınmasını tələb edirdi.
Milli.Az KP-yə istinadən bildirir ki, proses zamanı bəlli olub ki, "Aeroflot"da 2011-ci ildən bəri qüvvədə olan "Təyyarə heyətinin üzvlərinə tələblər" adlı sənədə görə, aviaşirkətin qadın əməkdaşlarının geyim ölçüləri 42-48 arasında olmalıdır. Y.Maqurina da bütün həmkarları təki bu sənədi imzalayıb.
Maqurinanın bədən ölçüsü isə 52-dir və o, uçuşlardan kənarlaşdırılmayıb.
"Amma ötən ilin avqust ayında avaşirkət çalışdığım reyslərin marşrutlarını dəyişib. Nyu-Yorkdan qayıtdıq, ertəsi gün isə uçuş cədvəlimdə yazılmışdı: "Ufa, Samara". Sadəcə olaraq, bu reyslərdə daha az pul verirlər. Üstəlik də, ambisiyalarıma zərbədir. Aviaşirkət rəhbərliyinə üç dəfə yazdım və xahiş etdim ki, məni Mayamiyə uçuşa təyin etsinlər. Amma hər dəfə rədd cavab verdilər", - Y.Maqurina məhkəmədə deyib.
"Aeroflot"un vəkili isə aviaşirkətin daxili sənədlərində, gerçəkdən də, əməkdaşların boyu, bədən kütləsi indeksi, geyim ölçüləri ilə bağlı tələblərin mövcudluğunu təsdiqləyib.
"Təyyarənin daxili məkanı darısqaldır və salonda kreslolar arasında keçid dardır. Stüardessa keçiddə sərnişinlə üzləşəndə asanlıqla keçə bilməlidir. Bundan başqa, uçuşların təhlükəsizliyi məsələsi də var. Qəza olarkən əməkdaşlar sərnişinlərə salonu tərk etməyə yardım etməlidir. İzafi çəki ilə bu əməliyyatları gerçəkləşdirmək çətindir. Xaricdəki aviaşirkətlərdə də analoji tələblər var".
Məşhur "Romir" şirkətinin apardığı sorğuların nəticələrinə görə, sərnişinlərin 94 faizi stüardessaların zərif, fiziki baxımdan gözəl olmalarını istəyirlər.
Məhkəmənin qərarına görə, Yevgeniya Maqurinanın iddiası əsassız sayılıb.
Üç gün əvvəl Moskvadakı Tver məhkəməsində "Aeroflo"tun digər stüardessası İrina Yerusalimskaya analoji iddia ilə aviaşirkətə qarşı iddia qaldırmışdı.
Həmin iddia da əsassız sayılıb.
Milli.Az