Merilin Monronun villası satılır - FOTO

26 Aprel 2017 14:38

ABŞ-ın Los-Anceles şəhərinin qərbində, Brentvud səmtində Hollivud əfsanəsi Merilin Monronun bir zamanlar yaşadığı villa satılır.

Bu villa M.Monroya məxsus olmuş yeganə daşınmaz əmlakdır.

Milli.Az ABC-yə istinadən bildirir ki, Latın Amerikası malikanəsi stilindəki villa 1929-cu ildə tikilib. Monro villanı 1962-ci ilin əvvəllərində, Klark Qeybl və Montqomeri Kliftlə tərəf-müqabil olduğu "The Misfits" filmi ekranlara çıxandan sonra satın almışdı.

36 yaşlı aktrisanın bu villaya 90 min dollar ödədiyi deyilir.

1962-ci ilin avqustun 5-də isə Merilin Monro həddən ziyadə yuxu dərmanı içərək ölmüşdü. Aktrisa Vestvud qəbristanlığında dəfn olunub.

4 yataq otağı və həyətdə hovuz olan villa Monronun ölümündən sonra dəfələrlə sahibini dəyişib.

Villanın indiki sahibləri onu 6,9 milyon dollara satırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində