Yol polisinin "39" fırıldağı
19 İyun 2011 12:26
Milli.Az xəbər portalı "Afghanistan Online"a istinadən bildirir ki, Əfqanıstanın dinamik inkişaf edən avtomobil bazarı indiyədək görünməyən və hələ stabilləşməmiş biznesə ağır zərbə vura biləcək problemlə qarşılaşıb.
Belə ki, ayın əvvəlindən bəri Əfqanıstanda avtomobil satışlarının həcmi xeyli aşağı düşüb. Səbəb isə ölkədəki yol polisinin avtomobillərinin qeydiyyat nişanlarının indi 39 rəqəmi ilə başlamasıdır.
Əfqanıstanda bir iranlı sutenyorun avtomobilinin də maşının nömrəsi 39 rəqəmi ilə başlayırdı. Buna görə də əvvəl İranda, sonra da Əfqanıstanda bütün sutenyorları "39" adlandırmağa başlayıblar.
Bunu bilməyən əfqanlar çox naqolay vəziyyətə düşüblər.
Kabildə yaşayan Məhəmməd Əşrəf deyir: "Arxamca daim uşaqlar qaçır, "39! 39! Arvadsatan!" qışqırırlar".
Kabul Avtodilerlər Assosiasiyasının sədri Nəcibulla Əmirinin dediyinə görə, bütün bu işlərin arxasında yol polisi durur. Onlar şayiəni fikirləşib yayıblar və indi də nömrəni dəyişmək üçün 200-300 dollar rüşvət istəyirlər.
Milli.Az