"Forza Neftçi"dən boykot qərarı

24 Aprel 2017 14:29

"Forza Neftçi" fanklubu Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilmiş "Zirə" - "Neftçi" oyunundan (2:2) sonra bəyanat yayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bəyanatda fanklubun "ağ-qaralar"ın cari mövsümün son turu çərçivəsində keçiriləcək "Qarabağ"a qarşı ev oyununa getməyəcəkləri qeyd olunub:

"Bu gün (dünən) baş tutmuş oyundan sonra "Forza Neftçi" olaraq axırıncı turda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununda stadiona girməyəcəyimiz barədə qərar verildi. Bundan əlavə, çərşənbə axşamı "Forza"nın toplantısı baş tutacaq".

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bir müddət öncə "Forza Neftçi" fanklubunun üzvlərinin onun ünvanına təhqiramiz ifadələr işlətdiyini deyərək, onları "xuliqan" adlandırmışdı. 

"Zirə" ilə oyunda qeydə alınmış heç-heçədən sonra "Neftçi"nin Avropa Liqasına qatılmaq şansı qalmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində