Fransa konsulluğunda səsvermə dayandırıldı - Terror həyəcanı

23 Aprel 2017 09:12

Nyu-Yorkda şübhəli avtomobilə görə Fransa konsulluğu yanında evakuasiya aparılıb.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda CNews telekanalı xəbər verir.

İnsident nəticəsində konsulluğun binasında keçirilən səsvermə dayandırılıb.

Konsulluq səsvermənin dayandırılmasını təsdiqləyib, lakin səbəbini dəqiqləşdirməyib.

Nümayəndəliyinin Twitter-dəki məlumatında deyilir: "Konsulluqda səsvermənin keçirilməsi dayandırılıb".

Şənbə günü Fransa prezident seçkilərinin ilk turunda ABŞ və Kanadada xarici seçki məntəqələri səsvermə üçün açılıb.

Milli.Az