Dünyanın bütün qitələrində ov edən azərbaycanlı - VİDEO

21 Aprel 2017 20:57

16 ildir təhlükəli və elə bu qədər də maraqlı işlə məşğuldur.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki,azərbaycanlı ovçu Asif İlyasov demək olar ki, ömrünün yarısını ovçuluğa həsr edib.

Dünyanın bütün qitələrində ov etməyi özünə həyat tərzi seçən Asif İlyasov deyir ki, bir çoxunda ölüm təhlükəsi yaşasa da, təbiətə olan marağı ona stimul verir.

Ən yırtıcı heyvanlarla üzbəüz gələn müsahibimiz ovçuluğa biznes kimi yox, dünyanın ən maraqlı hobbisi kimi baxır. İlk ovuna Azərbaycanda başlayan Asif İlyasovun ən böyük istəklərindən biri isə yenidən Amazon cəngəlliklərinə qayltmaqdı.

Afrikada şir, Antarktidada ağ ayı, Amazonda anakonda, Asiya çöllərində boz ayı ovlayan həmyerlimiz getdiyi bütün ölkələrdə vətənimizin təbliği ilə də məşğul olur. Deyir ki, dünya ovçularının əksəriyyətinin ölkəmiz haqqında məlumatları var, hətta onlar harasa ova gedərkən həmyerlilərimiz ilə məsləhətləşirlər. Dünyanın aparıcı media qurumları onların ovları haqqında sənədli filmlər də çəkib.
Asif İlyasov yaxın günlərdə yenidən Amazon meşələrinə getmək istəyir. Onun bu dəfəki məqsədi ən böyük anakondanı tutmaqdır.

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın bütün qitələrində ov edir - Azərbaycanlı ovçu yenidən Amazon meşələrinə getmək istəyir - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində