Almaniyada banka silahlı HÜCUM

21 Aprel 2017 16:54

Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bina polis tərəfindən mühasirəyə alınıb.

Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.

Hücum edən şəxsin girov götürüb-götürmədiyi hələlik bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində