Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR

21 Aprel 2017 14:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Milli.Az report-a istnadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qapalı olacağı elan edilib. 

Hakim cinayət işində intim münasibtlərə dair fikirlərin olduğunu deyib: "Ona görə də iş materialları ilə kənar şəxslərin tanış olmaması üçün proses qapalı keçiriləcək".
Daha sonra prokuror ittiham aktını elan edib.

R.Yolçuyev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini söyləyib. O, ifadəsində bacısının başqa kişi ilə intim münasibətinin olduğunu bildirib. Qapalı iclasda qətlə yetirilən Y.Arzuxanovanın hüquqi varisi qismində qızının tanındığı məlum olub.

Məhkəmənin növbəti prosesi aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayında Şamaxı rayonunda baş verib. Rayon sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
İlkin məlumata görə, ailəli olan Y.Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib.

Bundan sonra R.Yolçuyev bacısını Bakıdan Şamaxıya gətirərək qətlə yetirib və polisə könüllü təslim olub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində