Cüdoçumuz erməniyə QALİB GƏLDİ - YENİLƏNİB

21 Aprel 2017 15:26

15:26

Cüdo üzrə Avropa çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən saytının məlumatına görə, qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxıb.
 
73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ipponla qalib gəlib. Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb.
 
Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirəcək. 
 
81 kq
Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olub. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə qüvvəsini sınayıb və ipponla qalib gəlib. İsmayılov 1/8 finalda Nokon Zaborosçiusla qarşılaşıb. Təəssüf ki, "Böyük dəbilqə"nin qızıl medalçısı məğlubiyyətə üzülüb. 
 
Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. 

---------------

14:54

Cüdo üzrə Avropa çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən saytının məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq.

Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxıb.

73 kq

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib. Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparacaq.

Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirəcək. 

81 kq

Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olub. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə qüvvəsini sınayıb və ipponla qalib gəlib.

Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. 

-----------

12:25

Cüdo üzrə Avropa çempionatı davam edir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq.

Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
 
73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulacaq. O, bu mərhələdə Rodolf Kurtides (Kipr) - Andre Seppa (Estoniya) cütünün qalibini gözləyir.
 
Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Reqimantas Rıbinas (Litva) - Xavyer Ramires (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.
 
81 kq
Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olacaq. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə güləşəcək.
 
Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində